Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Qədirov Vüqar Kərim oğlu

Rəis

Qədirov Vüqar Kərim oğlu 1974-cü il sentyabr ayının 20-də Laçın rayonunun Arduşlu kəndində ziyalı ailəsində anadan olub. 1992-1997-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutunda təhsil almışdır. 1997-ci ildən Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədridir.1997-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil almış, 2001-2003-cü illərdə həmin Akademiyada magistr dərəcəsi almışdır. 1999-2002-ci illərdə Mübariz gənc qəzetində siyasi məsələlər üzrə redaktor və baş redaktor vəzifələrində çalışmışdır. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini və büro üzvü olmuşdur. 2006-2007-ci illərdə Bakı Asiya Universitetində Tarix və ictimai elmlər kafedrasında müəllim işləmişdir.200-dən artıq təhsil, mədəniyyət, məşğulluq və hərbi-vətənpərvərlik istiqamətində həyata keçirilən layihələrin koordinatoru olmuşdur. Azərbaycan Gənclər siyasəti istiqamətində fəaliyyətinə görə müxtəlif dövlət orqanları tərəfindən diplom və fəxri fərmanlarla təltif edilmişdir.  2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan vətəndaşlarına təqdim edilən ilk şəxsiyyət vəsiqəsi alan gənclərdən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2008-2016-cı illərdə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmişdir. 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifəsində çaışmışdır.. 2019 –cu ilin yanvar ayının 31-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı iıə “Tərəqqi” Medalı ilə təltif edilmişdir. Hazırda Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır. Hərbi mükəlləfiyyətli, ehtiyatda olan zabitdir.Yeni Azərbaycan Partiyasının üzvüdür.

Telefon: 012-585-90-90

Qəbul günləri: III gün saat 11:00-dan 13:00-dək