Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Kərimov Gülgün Kərim oğlu

Ağstafa Regional Mədəniyyət İdarəsi

Rəis müavini

Kərimov Gülgün Kərim oğlu 1959-cu il may ayının 30-da Qazax rayon Poylu kəndində anadan olub. 1966-cı ildə Poylu kənd orta məktəbinin I sinfinə getmiş, 1976-cı ildə Poylu kənd orta məktəbini bitirmiş, 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş, 1980-ci ildə institutu bitirmiş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir.  1982-1990-cı illərdə Qazax rayon Mədəniyyət evində bədii rəhbər, xalq teatrının rejisoru, Ağstafa şəhər klubunun müdiri işləmişdir. 1990-cı il Ağstafa rayonu müstəqil rayon kimi  fəaliyyətə başladığı vaxtdan 2006-cı ilədək Ağstafa rayon mədəniyyət şöbəsinin müdiri, 2006-cı ildən 2017-ci ilin yanvar ayınadək Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, 2017-ci il yanvar ayından Ağstafa Regional Mədəniyyət  İdarəsində rəis müavini vəzifəsində işləyir. 1995-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvü, 2014-cü ildən Ağstafa mədəniyyət işçiləri YAP təşkilatının sədridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Telefon: 022-22-5-39-74