Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Məmmədova Pəri Alyar qızı

Ağstafa Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Məmmədova  Pəri Alyar qızı 16 fevral 1958-ci ildə Qazax şəhərinin Qızıl-Hacılı kəndində fəhlə ailəsində anadan olmuşdur.O 1974-cü ildə, Qazax şəhəri S.Vurğun adına 2 saylı orta məktəbi  tərifnamə  ilə, bitirmişdir. 1977-1980-ci illərdə   Bakı Mədəni-Maarif  Texnikomunu Fərqlənmə diplomu ilə, 1980- 1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnsititutunu bitirmiş, ali təhsilini   qiyabi yolla davam etdirərək 1980-ci ildən Qazax rayon Mədəniyyət şöbəsində inspektor vəzifəsi ilə mədəniyyət sahəsində əmək fəaliyyətinə başlamışdır.Sonralar bacarıqlı mədəniyyət işçisi kimi mədəniyyət sahəsi üzrə müxtəlif vəzifələrdə  Rayon mədəniyyət evində direktor, Qazax Dövlət Dram teatrında direktor, Qazax rayon Tarix-diyarşünaslıq muzeyində direktor,   Qazax rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəlində işləmişdir. Uzun illər Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin “Gender Bərabərliyi və Qadın Problemləri üzrə” komissiyasının sədri olmuşdur. Dövlət qulluqçusu kimi də cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına ciddi əməl edir. Dövlət qulluğu vəzifəsindəki fəallığına görə 2010-cu ildə Qazax rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə” fəxri fərmanla təltif edilmişdir.Onun fəaliyyəti haqqında məlumat 2011-ci ildə çap edilmiş Qazax–Ağstafa fəal qadınlarının Ensklopedik Toplusu olan “İ n c i l ə r” kitabına da daxil edilmişdir. (səh.204) 20-ildir ki, YAP-ın üzvüdür. Hazırda Ağstafa Regional Mədəniyyət İdarəsində məsləhətçisi vəzifəsində işləyərək, regionda mədəniyyətin inkişaf etdirilməsı üçün fəaliyyətini davam etdirir. Ailəlidir 4 övladı, 5 nəvəsi vardır.  

Telefon: 055-545-07-77