Əliyev Fariz Mübariz oğlu
Ağstafa Regional Mədəniyyət İdarəsi
Mühasib (iqtisadçı)
Əliyev Fariz Mübariz oğlu 1989-cu il fevral ayının 18-də Azərbaycan Respublikasının keçmiş adı Kirovabad, yeni adı Gəncə şəhərində anadan olub. 1996-cı ildə Ağstafa rayonunun Qaçaq Kərəm kənd orta məktəbinin I sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin XI sinfini bitirib.
2010-cu ildə Azərbaycan Dövlət Aqrar universitetinin aqrar iqtisadiyyat və menecment fakültəsinin mühasibat uçotu və audit ixtisasına qəbul olmuş 2014-cü ildə həmin universiteti bitirib. 2015-ci ilin sentyabr ayında Ağstafa rayon Mədəniyyət vəTurizm şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığına aparıcı mühasib kimi işə qəbul olmuş, hazırda Ağstafa Regional Mədəniyyət İdarəsinin mərkəzləşdirilmiş mühasibatlığında Mühasib-iqtisadçı vəzifəsində işləyir.
YAP-ın Ağstafa rayon şöbəsinin üzvüdür.
Ailəlidir, bir övladı var.