Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Heydər Əliyev Mərkəzində 2 avqust Milli kino günü münasibətilə tədbir keçirildi

06.08.2019

02 avqust 2019-cu il tarixdə Ağstafa rayon  Heydər Əliyev Mərkəzində Milli Kino günü il əlaqədar tədbir keçirildi. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, Xalq artisti Tariyel Qasımov və mədəniyyət işçiləri iştirak edirdilər. Tədbiri giriş nitqi ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov bildirdi ki, bu gün Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə hər il avqustun 2-də qeyd olunur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunu21-dən başlayır.     Müstəqil Azərbaycanın kino sənəti 1993-cü illərdə  incəsənətin bu vacib sahəsi, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üzləşmişdi.1993-cü ildə Heydər Əliyevinhakimiyyətə qayıdışı ilə incəsənətə olan diqqət artırıldı. Milli kinematoqrafiyanın qazandığı ən mühüm uğurlardan biri "Kino haqqında Qanun"un qəbul edilməsi oldu. Bununla dövlət kinematoqrafıhüquqi bazasını yaratmış oldu. Qeyd edək ki,MDB ölkələri arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun qəbul edilib.1996cı ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı.Sonra çıxış edən Xalq artisti Tariyel Qasımov  Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Çıxışında bildirdi ki, Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür. Daha sonra tədbir iştirakçılarına “Tütək səsi” filmi nümayiş etdirildi.

 

196.3 KB

 

233.3 KB

 

184.7 KB