Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirovun Qurban bayramı münasibətilə mədəniyyət işçilərinə bayram təbriki

13.08.2019

Hörmətli   Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən mədəniyyət müəssisələrinin əməkdaşları, əziz həmkarlar !

Qurban bayramı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzidir. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. 

Hər il Azərbaycanda böyük təntənə ilə keçirilən Qurban bayramı cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir. 

Qurban bayramı bir daha göstərir ki, öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayır.

Bayramlar bərəkətdir, ümiddir, həsrətdir. Sabahlara niyyətdir! Kəsdiyiniz qurban və dualarınız qəbul olsun, sevdikləriniz həmişə sizinlə olsun. Qurban Bayramınız mübarək olsun!

Ağstafa Regional Mədəniyyət İdarəsinin bütün kollektivini, onların simasında bütün Azərbaycan xalqını, müsəlman dünyasını bu gözəl bayram münasibətilə təbrik edir, Ulu Tanrıdan kəsilən qurbanlarınızın və  edilən dualarınızın qəbul olmasını diləyirəm.  Arzu edirəm ki, növbəti qurbanlar işğaldan azad edəcəyimiz  rayonlarımızda, Qarabağımızda, qədim Azərbaycan torpaqları olan İrəvanda, Göyçədə, Zəngəzurda kəsilsin.

                                                                                                       

                   Hörmətlə    Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi V.Qədirov

 

49.9 KB