Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Mədəniyyət Mərkəzində rayon mədəniyyət müəssisələrinin iştirakı ilə seminar müşavirə keçirdi

21.08.2019

Bu gün  Ağstafa Regional Mədəniyyət İdarəsi  Ağstafa Mədəniyyət Mərkəzində rayon mədəniyyət müəssisələrinin iştirakı ilə seminar müşavirə keçirdi. Seminar müşavirədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan xüsusi söhbət açıldı, ölkə rəhbərinin bu sahəyə diqqət və qayğısının mədəniyyət müəssisələri tərəfindən olduqca razılıqla qarşılanması vurğulandı və bu sahədə cənab Prezidentin və nazirliyin tapşırıqları və qarşıda duran vəzifələr müzakirə edildi. Eyni zamanda optimallaşma, idarə və müəssisələrdə nizam-intizamın möhkəmləndirilməsi, mədəniyyət müəssisələrində aparılan monitorinqlərin nəticələri, həmçinin sentyabr-oktyabr ayları ərzində nazirliyin iş planına müvafiq olaraq görkəmli ədiblərin və mədəniyyət xadimlərinin yaradıcılıq gecələrinin keçirilməsi geniş müzakirə edildi. Bundan başqa sosial şəbəkələrdə fəaliyyətin daha peşəkar və sistemli xarakter alması, keçirilən tədbirlərin effektivliyinin artırılması, nazirliyin əmr və tapşırıqlarının bütün müəssisələrdə prinsipiallıqla yerinə yetirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparıldı.

 

138.2 KB

 

176.1 KB

 

147.1 KB