Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya

26.08.2019

Hörmətli Mehriban Xanım !

Sizi doğum gününüz münasibətilə Ağstafa Regional Mədəniyyət İdarəsinin bütün kollektivi adından səmimi qəlbdən təbrik edir, dövlətimizin və xalqımızın taleyüklü məsələlərində, müasir bir dövlət kimi güclənməsində fədakarcasına apardığınız mübarizədə Sizə böyük uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Respublikamızın Birinci Xanımı, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri kimi   Sizin çoxşaxəli fəaliyyətinizə irimiqyaslı sosial layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ölkə daxilində və xaricində çoxsaylı humanitar aksiyalar və bir çox digər məsələlər daxildir.

Bu gün mədəniyyətimizin inkişafı sahəsində həyata keçirilən uğurlu beynəlxalq layihələr, YUNESKO-nun qeyri maddi-mədəni  irs siyahısına daxil edilmiş tarix və mədəniyyət abidələri və s. Sizin fəaliyyətinizin uğurlu nəticəsidir.

Ümummilli Liderimizin siyasi irsinin davamçısı Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin ömür-gün yoldaşı kimi, qayğıkeş bir insan, vətənpərvər bir şəxs kimi bu gün Azərbaycan gəncliyi sizi örnək hesab edir.

Yeni yaşınızın Sizə yeni uğurlar gətirməsi diləyimizlə doğum gününüzü bir daha təbrik edir, Sizə möhkəm can sağlığı, işlərinizdə Vətənimiz Azərbaycan naminə daha böyük uğurlar və  müvəffəqiyyətlət arzu edirik.

 

 

                                      Hörmətlə   Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi adından idarənin rəisi Vüqar Qədirov

 

699.6 KB