Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Tovuz rayon Mədəniyyət Mərkəzində seminar müşavirə keçirildi

02.09.2019

02 sentyabr 2019- cu il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Tovuz rayon Mədəniyyət Mərkəzində seminar müşavirə keçirildi. Seminarı giriş sözü ilə açan Regional İdarənin rəisi Vüqar Qədirov mədəniyyət işçilərini salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrlə bərabər mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan geniş bəhs etdi. Natiq  sentyabrın 1-dən minimum əməkhaqqının artırılmasını ölkə prezidentinin xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində atdığı növbəti addımlardan biri olduğunu bildirdi. V. Qədirov bildirdi ki, hər bir mədəniyyət işçisi də öz növbəsində bu diqqətin məsuliyyətini dərk etməli, Nazirliyinin iş planına və regional idarənin tədbirlər planına  müvafiq olaraq keçirilən tədbirlərə məsuliyyətlə yanaşmalı, üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirməlidirlər.

Regional idarənin KİV və sosial şəbəkələrlə iş üzrə koordinatoru Xəyal Nağıyev sosial şəbəkələrin müasir dünyamızdakı əhəmiyyətini qeyd edərək hər bir mədəniyyət işçisinin görülən işlər, həyata keçirilən tədbirlərinin piarının təşkil olunmasında fəallığının vacib olduğunu vurğuladı.

Seminarda eyni zamanda  mədəniyyət işçilərinin iyul və avqust aylarında gördüyü işlər haqqında hesabatlar dinlənildi və sentyabr ayında görəcəyi işlər barədə tapşırıqlar verildi.

Seminar-müşavirədə həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, İdarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Tovuz MKS-nin direktoru Güldərən İbrahimova, Aşıq H.Bozalqanlı adına Tovuz rayon Aşıqlar Evinin  direktoru Gülbəniz Cəfərova, Tovuz rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və başqaları çıxış edərək üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini,  həyata keçirilən islahatlara prinsipiallıqla yanaşacaqlarını qeyd etdilər.

 

166.3 KB

 

177.6 KB

 

95.2 KB