Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsinin ”Bilik günü”nə həsr olunmuş silsilə tədbirləri sırasında Qazax rayon 1 və 2 saylı uşaq musiqi məktəblərinin və Mədəniyyət Mərkəzinin kollektivləri maraqlı bayram konserti ilə çıxış etdilər

17.09.2019

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon 1 və 2 saylı Uşaq Musiqi Məktəbləri və Mədəniyyət Mərkəzinin kollektivləri “Bilik Günü”nə həsr olunmuş konsert proqramı ilə çıxış etdilər. Qazax rayon Mədəniyyət Mərkəzinin konsert zalında baş tutan tədbir musiqi məktəblərinin müəllim və şagirdlərdən ibarət ansambllarının, mərkəzin rəqs qrupunun,xor kollektivlərinin maraqlı ifaları ilə davam etdi. Tədbirdə səslənən “Sarı Gəlin”, “Yaşa, Azərbaycan” və s. kimi ifalar dinləyənlərin zövqünü oxşadı.

Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açaraq məktəblərin müəllim və şagird kollektivini təbrik etdi və onlara yeni tədris ilində uğurlar arzuladı. Natiq həmçinin, ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan söz açaraq, ölkə prezidenti cənab İlham Əliyevin məhz bu istiqamətdə gördüyü işləri, təhsilin keyfiyyətinin artıtılmasını daim diqqət mərkəzində saxladığını xüsusilə vurğuladı.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirildi.

 

166.2 KB

 

173.4 KB

 

126.6 KB