Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayonunda xalq şairi, Dövlət mükafatı laureatı H.Arifin 95 illik yubilieyi münasibəti ilə tədbir keçirildi

19.09.2019

Ağstafa rayonunda xalq şairi, Dövlət mükafatı laureatı H.Arifin 95 illik yubilieyi münasibəti ilə tədbir keçirildi. Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ağstafa şəhəri Yazıçılar evində təşkil olunan tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi H.Arifin genişşaxəli yaradıcılığından, onun təbiət və xalqımızın folklorunu  dərin məzmunla ifadə edən şerlərindən danışdı.

Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd etdi ki, mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Hüseyn Arif yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edib. O həmçinin, Azərbaycan Aşıqlar Birliyinin sədri olmuş və musiqi məktəblərində aşıq yaradıcılığının öyrənilməsinin,saz siniflərinin açılmasının, saz dərslərinin keçirilməsinin əsas dəstəkçilərindən olmuşdur.  Şairin yaradıcılığı yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayıb.

Həmçinin tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, şair Barat Vüsal, H.Arif ədəbi birliyinin sədri, şair Saqif Qaratorpaq, əməkdar jurnalist, rayon Ağsaqqqallar Şurası Ağstafa rayon şöbəsinin sədri Firdovsi Heydərli, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov və digərləri xalq şairi H.Ariflə bağlı xatirələrindən, onun yaradıcılığından danışdılar.

Yubiley tədbirində şairin şerləri  və sözlərinə yazılmış nəğmələr səsləndi.

 

349.1 KB

 

170.6 KB

 

220.9 KB