Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNİN RƏİSİ VÜQAR QƏDİROVUN 5 OKTYABR – BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ MÜNASİBƏTİLƏ İDARƏNİN TABEÇİLİYİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN TƏHSİL OCAQLARININ MÜƏLLİM KOLLEKTİVİNƏ BAYRAM TƏBRİKİ

05.10.2019

Hörmətli Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən təhsil ocaqlarının kollektivləri, əziz müəllimlər !

 

Bu gün siz öz peşə bayramınızı qeyd edirsiniz. Hər il oktyabırın 5 də müəllimlər günü qeyd olunur. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir. Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir.

Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik edirəm!

Bayramınız mübarək!

 

                                                                                     Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov

 

120.1 KB