Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ MÜSABİQƏLƏRDƏ FƏRQLƏNƏN FƏAL MÜƏLLİMLƏRİ TƏLTİF ETDİ

08.10.2019

Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən musiqi məktəbləri  kollektivlərinin və bir qrup mədəniyyət işçilərinin iştirakı ilə konfrans keçirildi. Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən  tədbiri giriş sözü ilə açan regional idarənin rəisi Vüqar Qədirov  Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzuladı. V.Qədirov  respublikada təhsilin inkişafından, maddi-texniki bazasının möhkəmləndirilməsi  istiqamətində görülən işlərdən bəhs etdi. Natiq həmçinin  ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən söhbət açdı. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlər hər bir müəllim üçün stimul yaradır.  

Tədbirdə həmçinin, idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev, məsləhətçi  Pəri Məmmədova, Qazax  rayon  2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Ramil Qurbanov, Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Kamandar Tağıyev, Qazax rayon Çaylı kənd Folklor Evinin müdiri Məhəmmədəli Məşədiyev,  MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış etdilər.

Tədbirin sonunda regional idarənin təşkilatçılığı ilə keçirilmiş məktəblərarası müsabiqələrdə fəqlənmiş, şagirdləri respublika müsabiqələrində yer tutmuş müəllimlər  fəxri  fərmanla  təltif edildi.  Sonda xatirə şəkilləri çəkdirildi.

 

259.8 KB

 

194.9 KB

 

132.2 KB