Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ AKTİV SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNİN İŞTİRAKI İLƏ “QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA” MÖVZUSUNDA KONFRANS KEÇİRDİ

10.10.2019

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzində regional idarəni əhatə edən mədəniyyət müəssisələrində çalışan aktiv sosial şəbəkə istifadəçiləri və idarənin tabeçiliyində faliyyət göstərən müəssisə rəhbərlərinin iştirakı ilə konfrans keçirdi.

Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd etdi ki, Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident cənab İlham Əliyev  Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Təbii ki, ölkə başçısının dünyaya bu amiranə mesajından bütün ictimaiyyət ilhamlandı və əhalidə bir ruh yüksəkliyi yarandı. Bu gün Gənclərin inamı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrinin fonunda daha da güclənməkdədir. Müxtəlif qurumlar  tərəfindən başladılan bu bəyanata dəstək kompaniyasına qoşulmağın vacibliyini vurğulayan idarə rəisi onu da qeyd etdi ki, sosial şəbəkələrdə gənclərimiz çox fəal olmalıdırlar. Gənclər hərtərəfli biliyə sahib olmalıdırlar ki, Azərbaycanın qədim, zəngin tarixini, adət-ənənələrini, dövlətçiliyimizi, Ermənistanın Azərbaycana təcavüzünü, Azərbaycan incəsənətinin və mədəniyyətinin təbliğini, Azərbaycan tarix və mədəniyyət abidələrinin Ermənistan tərəfindən vandalizmə uğradılmasını və ölkəmizlə bağlı digər həqiqətləri dünyaya çatdıra bilsinlər. Vahid şəbəkə yaratmaqda məqsədimiz onun vasitəsilə ölkəmizi həm respublika daxilində, həm də dünya miqyasında geniş təbliğ etməkdir.

Prezident cənab İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, məcburi köçkünlərə diqqət və qayğısından danışan idarə rəisi çıxış edərək təklif etdi ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin və mədəniyyət mərkəzlərinin kollektivləri bölgədəki şəhid ailələrinin toy məclislərində, xeyir işlərində təmənnasız olaraq musiqi tərtibatı və təşkilatçılığının təşəbbüsünü öz üzərinə götürsün və bunu ənənəyə çevirsin. İdarə rəisinin bu təklifi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı və yekdilliklə qəbul edildi.

 

Natiq həmçinin regional idarənin rəsmi saytı ilə bərabər Mədəniyyət Nazirliyinin mct.gov.az rəsmi saytının da mütəmadi olaraq izlənməsinin, orada yerləşdirilən məlumatların ictimailəşməsində iştirak etməyin vacibliyini vurğuladı.

Geniş məruzə və statistik məlumatlarla çıxış edən idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev Regional İdarənin keçirdiyi tədbirlərin ictimaiyyətə təqdimatı istiqamətində sosial şəbəkələrin mühüm rolunu qeyd edərək gəncləri bu məsələdə aktiv olmağa səslədi.

Tədbirdə həmçinin müəssisə rəhbərləri və bir qrup aktiv sosial şəbəkə fəalları çıxış etdilər.

 

243.6 KB

 

108.6 KB

 

120.6 KB