Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası 18 oktyabr – Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ədəbi kompozisiya keçirib

15.10.2019

Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi Kita­bxanası 18 oktyabr – Azərbay­can Dövlət  Müstəqill­iyi Gününə həsr olun­muş ədəbi kompozisiya keçirib. Tədbirdə fəal oxucular və məd­əniyyət işçiləri iştirak edib.
İlk öncə tədbirdə Az­ərbaycan Respublikas­ının Dövlət Himni ca­nlı ifa edilib.
Sonra MKS-in direktoru Sol­maz Babanlı tədbiri açaraq 18 oktyabr – Azərbaycan Dövlət Mü­stəqilliyi Gününün tarixi haqqında tədbir iştirakçılarına mə­lumat verib.
Mərkəzi Kitabxananın əməkdaşı Elnarə Məm­mədova “Dövlət Müstəq­illiyi Günü” adlı mər­uzə ilə çıxış edərək bildirib ki, Ulu Öndərin müstəqil­liyimizin qorunub sa­xlanması və möhkəmlə­ndirilməsi istiqamət­ində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəf­indən uğurla  davam etdirili­r.
Mərkəzi Kitabxananın şöbə müdiri Bəsti Məmmədova məruzə ətra­fı çıxışında qeyd ed­ib ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfind­ən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəml­əndirilir və onun əb­ədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Tədbirdə həmçinin, Qazax şəhər 2 nömrəli Musiqi Məktəbinin şagirdləri Vətənə,  Ulu Öndərə və Müstəqilliyə həsr olunmuş şeirlər söyl­əyiblər.

 

45.8 KB

 

91.1 KB

 

35 KB