Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon MKS-in Uşaq şöbəsində “18 oktyabr Dövlət Müstəqilliyi günüdür” başlığı altında dövlət müstəqilliyi günü ilə əlaqədar tədbir keçirildi.

17.10.2019

17 oktyabr  2019-cu il tarixində saat 12:00 da  Ağstafa rayon MKS-in  Uşaq şöbəsində  “18 oktyabr Dövlət Müstəqilliyi günüdür” başlığı altında dövlət müstəqilliyi günü ilə əlaqədar tədbir keçirildi.

Uşaq şöbəsinin müdiri Suqra Mustafayeva  tədbir iştirakçılarını salamladı və Azərbaycanın dövlət müstəqilliyi haqqında məlumat verdi. O, bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. 1918-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi altında qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-ci il Oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmuş, bununla da, Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulmuşdur.  Suqra xanım tədbir iştirakçılarına “18 oktyabr Dövlət Müstəqilliyi günüdür” başlığı altında tərtib olunmuş sərgidə əks etdirilən kitablar və digər materiallar haqqında ətraflı məlumat verdi. Tədbirin sonunda məktəbli şagirdlər Müstəqilliyə, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söylədilər.

 

107.5 KB

 

153 KB