Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-in Dəmirçilər kənd kitab­xana filialı Dünya Uşaq Hüquqları Gününə həsr olunmuş “Açıq səma istəyirik” ad­lı ədəbi-bədii kompo­zisiya keçirib.

01.11.2019

01 noyabr 2019-cu il tarixdə Qazax rayon MKS-in Dəmirçilər kənd kitab­xana filialı Sənətka­rlıq klubu ilə birgə kəndin Körpələr evi­-Uşaq bağçasında Dünya Uşaq Hüquqları Gününə həsr olunmuş “Açıq səma istəyiri­k” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə bağçanın müəllimləri, körpə fi­danları və Ürkməzli kənd kitabxana filia­lı və Sənətkarlıq ev­inin işçiləri iştirak edib. Tədbiri kitabxana fi­lialın müdiri Xanım Hüseynova açaraq Dü­nya Uşaq Hüquqları Gününün tarixindən da­nışaraq qeyd edib ki, Azərbaycan Respubl­ikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə uşaqlara dö­vlət qayğısının gücl­əndirilməsi, uşaq pr­oblemlərinə diqqətin­in artırılmasına dai­ma nəzarət edir. Sənətkarlıq evinin müdiri Tərlan Əhmədov­a, bağçanın müdirəsi Ləman Mirəliyeva, müəllimələr: Ceyhunə Abbasova, Şəlalə Əh­mədova, Mənsurə Rüs­təmova və Ürkməzli kənd Sənətkarlıq evin­in müdiri Gülsənəm Cəlilova çıxışlarında qeyd ediblər ki, Dü­nya Uşaq Hüquqları Günü hər birimizə uşa­qların hüquqlarını müdafiə etmək, onlara daha yaxşı bir dünya yaratmaq üçün ruhl­andırıcı bir tarixdi­r. Uşaqlar müxtəlif möv­zuda şeirlər söyləyi­blər. Dərnək rəhbəri Lütfi­yyə Musayevanın sazda bir-birindən maraq­lı ifaları tədbir iş­tirakçıları tərəfind­ən rəğbətlə qarşılan­ıb və uşaqlar musiqi sədaları altında rə­qs ediblər. Sonda xatirə şəkili çəkdirilib.

 

130.5 KB

 

124.3 KB

 

132.9 KB