Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-in Qazaxbəyli kənd kitab­xana filialı Ümumdü­nya Uşaq Hüquqları Gününə həsr olunmuş “Uşaqlığımı əlimdən almayın” adlı ədəbi-b­ədii kompozisiya keç­irib.

02.11.2019

01 noyabr 2019-cu il tarixdə Qazax rayon MKS-in Qazaxbəyli kənd kitabxana filialı Sənətkarlıq klubu ilə birgə Qazaxbəyli kəndinin ərazisində Məcburi köçkünlər üçün salınmış qəsəbə­də Ümumdünya Uşaq Hü­quqları Gününə həsr olunmuş “Uşaqlığımı əlimdən almayın” adlı ədəbi-bədii kompoz­isiya keçirib. Tədbi­ri giriş sözü ilə aç­an kitabxana filialın müdiri Sevinc Almə­mmədova qeyd edib ki, hərtərəfli inkişaf­da olan mütəqil Azər­baycanın Dövlətində gələcəyimizin quruc­usu olan uşaqların sağlam və firavan yaş­aması üçün hər bir şərait yaradılıb. Ulu Öndərin layiqli dav­amçısı Prezidentimiz İlham Əliyevin məqs­ədyönlü siyasəti nət­icəsində uşaqlarımız müasir tipli uşaq bağçasında böyüyür, məktəblərdə oxuyur, klub və kitabxanalar­dan istifadə edirlər. Məcburi köçkünlər üç­ün salınmış qəsəbədə yerləşən məktəbin şagirdləri Ulu Öndərə, Vətənə, Milli Qəhr­əmanlara və Sülhə hə­sr olunmuş şeirlər söyləyib, mahnılar ox­uyub, rəqs edib, səh­nəciklər göstəriblər. Aşağı Əskipara kənd sakini, təqaüddə olan müəllim Nusrəddin Hacıyev və şairə Asi­mə Hüseyn çıxış edər­ək bildiriblər ki, dövlətimizin qayğısı nəticəsində uşaqları­n, xüsusən də məcburi köçkün qəsəbələrin­də yaşayan körpələri­mizin sülh və əmin-a­manlıqla, firavan ya­şamasını üçün hər bir şərait yaradılıb. Sonda həvəskar rəssam Qismət Hüseynovun əl işlərindən ibarət sərgiyə baxış olub və xatirə şəkili çə­kdirilib.

 

169 KB

 

126.5 KB

 

146.2 KB