Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

QAZAX RAYON MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ 9 NOYABR – BAYRAQ GÜNÜ MÜNASİBƏTİLƏ MÖHTƏŞƏM BAYRAM TƏDBİRİ KEÇİRDİ

07.11.2019

Ağstafa Regional Mədəniyyət İdarəsinin 9 noyabr Bayraq Günü münasibətilə keçirdiyi silsilə tədbirlər çərçivəsində Qazax rayon mədəniyyət müəssisələri möhtəşəm bayram tədbiri keçirdi. İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan tədbirdə çıxış edən regional idarənin rəisi Vüqar Qədirov bildirdi ki, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Tədbir Qazax rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət dərnəyinin, 1 və 2 saylı uşaq musiqi məktəblərinin hazırladığı möhtəşəm konsert proqramı ilə davam etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.

 

126.5 KB

 

132.5 KB

 

183.5 KB