Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Heydər Əliyev Mərkəzində 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar ”Bayraq kimliyimdir, bayraq mənliyim!” adlı ədəbi - bədii kompozisiya təşkil edilib

07.11.2019

07 noyabr 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində  9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar "Bayraq kimliyimdir, bayraq mənliyim!" adlı ədəbi - bədii kompozisiya təşkil edilib. Tədbirdə mədəniyyət işçiləri, mərkəzin əməkdaşları,  Ağstafa rayon 1 saylı orta məktəbin ibtidai sinif şagirdləri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova bildirib ki,dövlətimizin milli bayramları içərisində Dövlət Bayrağı gününün qeyd edilməsinin xüsusi  mənası, əhəmiyyəti vardır. Bəli, bayraq dövlətimizin rəmzləri içərisində önəmli yer tutur. Hər bir müstəqil dövlətin öz bayrağı mötəbər tədbirlərdə, məkanlarda dalğalandıqca, düşünürəm ki, hər bir  vətəndaşda qürur hissi oyadır. Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmişdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdi. 2009-cu il noyabrın 17-də cənab Prezident İlham Əliyevin imzaladığı fərmanla 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi elan edildi.  Artıq bir neçə ildir ki, 9 noyabr Milli Bayraq Günü bayramına çevrilib.

Sonra məktəblilər hazırladıqları ədəb-bədii kompozisiya ilə çıxış ediblər. Sonda Ağstafa Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Pəri Məmmmədova tədbir haqqında öz təəssüratlarını bölüşərək tədbir iştirakçılarını Bayraq Günü münasibətilə təbrik edib, bu tədbirin ərsəyə gəlməsində əməyi keçən Mərkəzin direktoru Ləman xanıma və Ağstafa rayon 1 saylı orta məktəbin müəllimi Sevinc  xanıma  təşəkkürünü bildirib.

 

128 KB

 

131.4 KB

 

131.7 KB