Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuz rayon Heydər Əliyev Mərkəzində ”Gənc Heydərçilərin” siyasi maarifləndirmə dərsləri uğurla davam etdirilir

28.11.2019

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Tovuz rayon Heydər Əliyev Mərkəzində "Gənc Heydərçilərin" siyasi maarifləndirmə dərsləri uğurla davam etdirilir. 28 noyabr 2019-cu il tarixdə baş tutan bir saatlıq dərsdə Tovuz şəhər  E.Məmmədov adına tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər. Məktəbin müəlliməsi  Leyla Qasımova şagirdlərə "Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti" mövzusundan danışaraq əsrlər,qərinələrdir ki, xalqımıza o taylı-bu taylı Azərbaycana xidmət edən dilimizin qədim tarixə malik olan min illərin növbənöv burulğanlarından üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük mənəvi sərvətimiz olduğundan danışmışdır.

Daha sonra şagirdlər Heydər Əliyev Mərkəzinin ekspozisiya zalı ilə yaxından tanış olmuş və Heydər Əliyev haqqında "Şəxsiyyət" filminə baxmışdırlar.

 

70.7 KB

 

77.3 KB