Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini təbliğ edən tarix dərsləri davam etdirilir

28.11.2019

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini təbliğ edən tarix dərsləri davam etdirilir.
Növbəti dərs bu gün – 28 noyabr 2019- cu il tarixdə saat 15.00- da M.Həsənov adına I Şıxlı kənd tam orta məktəbin tarix müəllimi Vəliyev Araz və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir.

“Heydər Əliyev dühası” başlıqlı mühazirəsində tarix müəllimi bildirmişdir ki, Heydər Əliyev Azərbaycan tarixinin əvəzolunmaz şəxsiyyətidir. Buna görə də bu cür dərslərin keçirilməsi gənc nəslin öz müasir tarixini daha dərindən öyrənməsi üçün bu cür dərslərin keçirilməsi vacib və labüddür. Heydər Əliyevin siyasi fəaliyyəti onun adını daşıyan Mərkəzdə çox yüksək səviyyədə təbliğ edilir.

Ətraflı mühazirədən sonra məktəblilər arasında sual- cavab aparılmış, Süleymanlı Nurcan və Abdullayeva Zərifə xüsusi fərqlənmişdirlər. Daha sonra mühazirədə əhatə olunan dövrləri əks etdirən film nümayiş etdirilmiş və muzeyin ekskursiyası ilə dərs sona çatdırılmışdır.

 

86.6 KB

 

61.9 KB

 

76.1 KB