Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları fiziki məhdudiyyətli insanları ziyarət ediblər

28.11.2019

3 dekabr Beynəlxalq Əlillər günü 1992- ci il oktyabrın 14- dən BMT Baş Məclisi tərəfindən “Əlilliyi olan insanların beynəlxalq günü”kimi qeyd edilməsi haqqında Bəyənnamənin qəbul edilməsi ilə başlanmışdır.Bu günün qeyd edilməsində məqsəd fiziki qüsuru və ya məhdudiyyəti olan insanlara diqqətin cəlb olunması və onların problemlərinin həllidir. Ölkəmiz də BMT Baş Məclisi tərəfindən 2006- cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amili istər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyevin apardığı siyasətin əsas hissəsi hesab edilmişdir. Bu baxımdan dövlətimizdə əlillərin sosial müdafiəsi ilə bağlı sosial proqramlar hazırlanıb, əlilliyin qarşısının alınması, onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində böyük işlər görülüb.
Beynəlxalq əlillər günü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzdə fəaliyyət göstərən Şəhər kitabxanasının, MİHİ Qazax rayon Komitəsinin birgə təşkilatçılığı ilə 28 noyabr 2019- cu il tarixdə Mərkəzin işçiləri fiziki məhdudiyyətli 1986- cı il təvəllüdlü Məmişova Günay Rəsul qızını və 2009- cu il təvəllüdlü Əsgərzadə Uğur Ramin oğlunu ziyarətə getmiş, kiçik sovqatlarla onları sevindirmiş, onlarla həmsöhbət olmuşdurlar.
Günay fiziki məhdudiyyətli olmasına baxmayaraq əl işlərinə böyük marağı olduğunu bildirmiş və öz əl işlərini Mərkəzin işçilərinə böyük həvəslə nümayiş etdirmişdir.
Balaca Uğur isə rəsmə həvəsli olduğundan işçilərimiz tərəfindən hədiyyə edilən rəsm ləvazimatlarını çox böyük sevinclə qəbul etmiş və işçilərimizlə birlikdə rəsmlər çəkmişdir. Bu görüş həm uşaqlar həm də valideyinləri tərəfindən yüksək qiymətləndirilmiş və bu cür ziyarətlərin uşaqlara müsbət təsiri olmasını söyləmişdirlər.

 

100.3 KB

 

130.9 KB

 

116.3 KB