Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Heydər Əliyev Məktəbi” layihəsində Qazax rayon Heydər Əliyev Mərkəzində məktəblərin yuxarı sinif şagirdləri üçün təşkil edilmiş tarix dərslərinin keçirilməsi davam etdirilir

29.11.2019

“Heydər Əliyev Məktəbi” layihəsində Qazax rayon Heydər Əliyev Mərkəzində məktəblərin yuxarı sinif şagirdləri üçün təşkil edilmiş tarix dərslərinin keçirilməsi davam etdirilir. Növbəti dərs bu gün 29 noyabr 2019- cu il tarixdə Aşağı Əskipara kənd tam orta məktəbin tarix müəllimlərinin və şagirdlərinin iştirakı ilə keçirilmişdir. Mərkəzin ekspozisiya zalında “Heydər Əliyev Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətidir” başlıqlı mühazirəni Mərkəzin direktoru Ceyhunə Hüseynova aparmış və Ulu Öndərin ölkəmizin müasir tarixinə qızıl hərflərlə yazılmış əməli işləri haqqında ətraflı məlumat vermişdir. Dahi şəxsiyyətin həyatının, siyasi fəaliyyətinin hər bir anını əks etdirən stendlər ekspozisiya planına müvafiq izah edilmiş, həmin dövrlərin xronologiyasını əks etdirən film nümayiş etdirilmişdir.

 

82.4 KB

 

105.8 KB

 

81.9 KB