Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Mədəniyyət Mərkəzinin Köçəsgər kənd filialı ”Vətənə sevgi əbədidir” başlıqlı tədbir keçirdi

30.11.2019

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Ağstafa Mədəniyyət Mərkəzinin Köçəsgər kənd filialı 29 noyabr 2019-cu il tarixində "Vətənə sevgi əbədidir "başlıqlı tədbir keçirdi. Tədbirdə mədəniyyət işçiləri,kənd ictimaiyyəti və şagirdlər iştirak etdilər. Çıxış edən Qarabağ müharibəsi əlili Akif Novruzov, məktəbin direktoru Gülnarə Musayeva, Köçəsgər kənd kitabxanasının müdiri Validə Vəliyeva nitqlərində dövlətçilik ənənələrindən, dövlətimizin şəhid ailələrinə, müharibə veteranlarına, qazilərimizə, onların ailələrinə göstərilən diqqət və qayğıdan geniş bəhs etdilər.

Sonda isə xatirə şəkli çəkdirildi

 

54.9 KB

 

185.9 KB

 

187.2 KB