Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Tovuz rayon Heydər Əliyev Mərkəzində ”Gənc Heydərçilərin” Heydər Əliyev irsinin təbliği ilə bağlı keçirilən dərsləri uğurla davam etdirilir

02.12.2019

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Tovuz rayon Heydər Əliyev Mərkəzində "Gənc Heydərçilərin" Heydər Əliyev irsinin təbliği ilə bağlı keçirilən dərsləri uğurla davam etdirilir. 02 dekabr 2019-cu il tarixdə baş tutan 45 dəqiqəlik dərsdə Qovlar şəhər M.Məmmədov adına humanitar təmayüllü məktəb- liseyin yuxarı sinif şagirdləri iştirak etmişlər. Məktəbin müəlliməsi Tamilla Sadıqova şagirdlərə "Heydər Əliyev və Azərbaycan Tarixi" mövzusunda danışaraq Ulu öndər Heydər Əliyevin Azərbaycanın xarici siyasətinin qayəsinin sülh,əməkdaşlıq və barış olduğunu yüksək tribunalardan bəyanladığını, təcavüzə məruz qalmış bir dövlətin sivil, demokratik mahiyyətindən, vətəndaş cəmiyyətinin formalaşdırılmasının başlıca məqsədlərindən biri kimi tanınmasından xəbər verirdi deyə bildirdi. Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova şagirdləri ekspozisiya zalında yerləşdirilmiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, gənclik və tələbəlik illərindən bəhs edən fotostendlərlə yaxından tanış etmiş və sonda şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film  izləmişlər.

 

111.1 KB

 

98.6 KB

 

94.1 KB