Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Heydər Əliyev Mərkəzində 02-12 dekabr 2019- cu il tarixlərində Açıq qapı günləri elan edilmişdir

02.12.2019

Görkəmli dövlət və siyasi xadim, Vətəninə və xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş, xalqımızın Böyük oğlu Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində 02-12 dekabr 2019- cu il tarixlərində Açıq qapı günləri elan edilmişdir. Artıq ənənə halını almış Açıq qapı günlərinin təşkil edilməsində məqsəd Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin təbliğ etdirilməsi ilə yanaşı, həm də Dahi şəxsiyyətin xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir.
Açıq qapı günlərində rayonun idarə və müəssisələri, təşkilatlar, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar.
Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgiyə tamaşa edirlər. Eyni zamanda, ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.
02 dekabr 2019- cu il tarixdə Qazax rayon Suvarma Sistemləri idarəsi, Qazax “Melioservis”idarəsi və Qazax GİKM-nin kollektivi və gənc könüllülər Mərkəzi ziyarət etmiş, ilk olaraq Ulu Öndərin abidəsi önünə çiçək dəstələri düzmüş, sonra Muzeydə Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr dinləmiş və Filmə baxmışdırlar.
"Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.

 

91.6 KB

 

105.5 KB

 

61.2 KB