Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30–cu il dönümü ilə əlaqədar “Tariximizin dönüş məqamı- 20 Yanvar” mövzusunda dəyirmi masa təşkil edilmişdir

11.01.2020

11 yanvar 2020-ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30–cu il dönümü ilə əlaqədar “Tariximizin dönüş məqamı- 20 Yanvar” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Qazax rayon İcra Hakimiyyəti Aparatının nümayəndəsi Gülnar Quliyeva və Qazax şəhər 5 saylı orta məktəbin şagirdləri iştirak etmişdirlər.
İlk olaraq 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri açaraq bildirmişdir ki, XX əsr boyunca Azərbaycan tarixində xalqımıza qarşı düşünülmüş şəkildə dəfələrlə soyqırımlar, terror aktları və deportasiyalar törədilmiş, dəfələrlə soydaşlarımız öz tarixi torpaqlarından qovulmuşdurlar.Bu gün anım gününə toplaşdığımız 20 yanvar 1990-cı ildə törədilmiş və tariximizə Qanlı Yanvar faciəsi kimi yazılmış bu terror aktından 30 il keçir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə edilmiş silahlı təcavüz insanlığa sığmayan, bütün insan və hüquq azadlıqlarının pozulduğu bu hadisə keçmiş Sovet dövlətinin “parçala hökmranlıq et” siyasətinin əməli nümunəsi idi. Eyni zamanda totalitar bir rejimin süqutu ərəfəsində yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsi artıq təməlindən çat verməyə başlamış imperiyanı xilas etmək yolunda törədilən cinayət idi.
Daha sonra Qazax rayon İcra Hakimiyyəti Aparatının nümayəndəsi Gülnar Quliyeva çıxış etmiş və bildirmişdir ki, 20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq salnaməsidir. Bu hadisəyə ilk siyasi hüquqi qiymət verən də məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyası keçirilmiş və həmin hadisə hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, müzakirələrin yekunu olaraq “1990- cı il yanvarın 20- də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir.Bu gün isə ölkə başçısının imzaladığı bir sıra fərman və sərəncamlara əsasən şəhidlərin xatirəsi uca tutulur, onların ailələri dövlət tərəfindən daim diqqət və qayğı ilə təmin olunur. Həmçinin rayonumuzda da şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılmış və həmin yer rayon ictimaiyyətinin və rayonumuza gələn qonaqların ilk olaraq ziyarət etdiyi müqəddəs məkana çevrilmişdir.
Mərkəzin əməkdaşları Məmmədova Sərvinaz, Namazova Rufina çıxış edərək faciə haqqında öz ürək sözlərini bildirmişdirlər.
Sonda 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən film nümayiş etdirilmiş və məktəblilər  20 Yanvar hadisələrinə həsr edilmiş şerlər söyləmiş və kompozisiyalar nümayiş etdirmişdirlər.

 

57.3 KB

 

63.6 KB

 

62.6 KB