Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuz rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirildi

16.01.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.Tədbirdə ilk öncə  şəhidlərin xatirsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova açaraq cənab Prezident İlham Əliyevin 20 yanvar faciəsinin 30-cu ildönümü haqqında verdiyi sərəncamdan və sərəncamdan irəli gələn anım mərasimlarinin keçirilməsinin vacibliyindən danışaraq xalqımızın indiyədək bu faciənin ağrı-acısı ilə yaşadığını dilə gətirdi.

Həmçinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə nümayəndəsi Adil Həsənov, Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və Tovuz rayon MKS-in direktoru Güldərən İbrahimova çıxış etdilər.

Sonra Tovuz rayon N.Tusi adına məktəb-liseyin şagirdləri öz kompazisiyaları ilə çıxış etdilər və sonda tədbir iştirakçıları "20 yanvar Qan Yaddaşımiz" adlı kitab sərgisinə və rəsm sərgisinə baxış keçirdilər.

Tədbir 20 yanvar faciəsi ilə bağlı filmə baxışla sona çatdı.

 

119.8 KB

 

88.3 KB

 

42.1 KB