Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq şöbəsi Nağıl otağında Əməkdar incəsənət xadimi,şair,dramaturq İslam Səfərlinin anadan olmasının 95 illiyi münasibətilə “Nəğməkar şair”adlı musiqi saatı keçirib.

13.02.2018

      13 fevral 2018-ci il saat 14:30-da Uşaq kitabxanası Nağıl otağında Əməkdar incəsənət xadimi, şair, dramaturq  İslam Səfərlinin  anadan olmasının 95 illiyi münasibətilə “Nəğməkar şair”adlı musiqi saatı keçirib. Tədbirdə Qazax şəhər 1 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Almaz Muradovanı  rəhbərliyi altında 5-ci sinif şagirdləri iştirak edib. Oxu zalının müdiri  Fatma Quluyeva vəAlmaz Muradova İslam Səfərlinin həyat və yaradıcılığı haqqında uşaqlara ətraflı məlumat verib. Baş kitabxanaçı Rahidə Kazımova İslam Səfərlinin şeirlərindən parçalar oxudu. Şairin sözlərinə yazılmış bəstəkar mahniları dinlənildi.

 

201.1 KB

 

216 KB

 

206.4 KB