Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

1 № -li kitabxana filialı 26 fevral Xocalı Soyqırımına həsr olunmuş “ Ürəklərdə yanan Xocalı” adlı söhbət keçirib.

20.02.2018

20 fevral 2018-ci il tarixdə şəhər 1 № -li kitabxana filialı 26 fevral Xocalı Soyqırımına həsr olunmuş “ Ürəklərdə yanan Xocalı” adlı söhbət  keçirib. Tədbirdə 2 № -li  tam orta məktəbin nümayəndəsi, Dövlət Sosial – İqtisad Kollecin müəllim və tələbə heyyəti və şəhər 1 № -li Folklor evinin işçilərindən ibarət olmaqla 16 nəfər iştirak edib. Tədbirin əvvəlində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxana filialın müdiri Solmaz Nağıyeva tədbiri açaraq qeyd edib ki, tarixin hələ indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. 1 № -li Folklor evinin müdiri Gülüsüm Həsənova, 2 № -li  tam orta məktəbin müəllimi Ziba Məmmədova məruzə ətrafı çıxışlarında qeyd ediblər ki, ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir. Sonda “Ürəklərdə yanan Xocalı” adlı sərgiyə baxış olub

 

93.7 KB

 

86 KB

 

89 KB