Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Elmar Hüseynov adına Mərkəzi kitabxanada “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçrilib.

20.02.2018

20 fevral 2018-ci il tarixdə saat 15:00 da E. Hüseynov adına Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin oxu zalında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevin tapşırığına əsasən ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıclığına həsr olunmuş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçrilib.  Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Rayonunun şəhər və kənd məktəblərinin şagirdlərinin və fəal oxucuların iştirak etdiyi müsabiqənin 1-ci turunun ilk mərhələsini 5 nəfərdən ibarət münsiflər heyəti müşahidə edib. Yüksək səviyyədə və obyektiv formada həyata keçirilən müsabiqədə 24 nəfər iştirakçıdan Qazax Sosial- İqtisadi Kollecin tələbələri Qarasaqqalova İlkanə,  şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədova Nuray,  Hacıyev Süleyman, Ürməzli kənd məktəbinin 6-cı sinif şagirdi Vədəlova Aysel münsiflərin rəyinə əsasən ikinci mərhələyə seçiliblər.

 

 

388.3 KB

 

344.4 KB

 

358.7 KB