Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq şöbəsi Xocalı soyqırımı gününə həsr olunmuş “Azərbaycana qarşı erməni qətliamı” adlı ədəbi kompozisiya kecirib.

21.02.2018

21 fevral 2018 – ci il saat 14:30 da Uşaq şöbəsi oxu zalında F.Şamoyev adına 4 saylı tam orta məktəbin müəllim və  VI a sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımı gününə həsr olunmuş “Azərbaycana qarşı erməni qətliamı” adlı ədəbi kompozisiya keçirib. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Uşaq şöbəsinin müdiri  Firəngiz Abdıyeva bildirib ki, Xocalı qətliamı heç zaman yaddaşlardan silinməyəcək.Baş kitabxanaçı Rahidə Kazımova “Xocalı soyqırımı” adlı məruzə edib. Müəllimə Sevinc Bəbiyeva Xocalıda törədilmiş terrorizm , etnik təmizləmə faktını pisləyib. Sonra şagirdlər Əliyeva Aysu, Hüseynova Nigar, Xəlilli Elvin, Nəsibova Sevinc, Nuruyev Elgün, Qurbanlı Zeynəb, Əhmədova Göyçək, Abdullayev Məhəmməd, Babayeva Dilşad,Oruclu Emil Xocalı soyqırımına həsr olunmuş seirlər söyləyiblər. Sonda “Xocalı soyqırımını unutma!” adlı kitab sərgisinə baxış keçirilib. 

 

181.9 KB

 

203 KB