Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNİN RƏİSİ VÜQAR QƏDİROVUN REGİONAL İDARƏNİ ƏHATƏ EDƏN MÜƏSSİSƏLƏRDƏ ÇALIŞAN XANIMLARA BAYRAM TƏBRİKİ

07.03.2020

Əziz xanımlar !
Əziz analar, bacılar !
Sizləri 8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizinlə işlədiyimiz bu qısa müddət ərzində doğrudan da tam əksəriyyətinizin işgüzarlığınız, səmimiliyiniz, işə can yandırmağınız və verilən tapşırıqlara həssas yanaşmağınız xoş təəssürat yaradan əsas amillərdən oldu. Sizlər bu gün həm ana, həm bacı, həm bir evin xanımı, həm də dövlət müəssisəsində çalışan şəxslər olaraq doğrudan da böyük fədakarlıqlar göstərirsiniz. Sizin torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın ailələrinə qayğı ilə yanaşmağınız, regionumuzda  mədəni mühitin inkişafında göstərdiyiniz fəaliyyətlər  Azərbaycan qadınının, Azərbaycan xanımının nə qədər fədakar olduğunun göstəricisidir.
Bu gün qarşımızda duran ən böyük amal, ən uca məqsəd də məhz Azərbaycan analarını, xanımlarını işğaldan azad edəcəyimiz doğma Qarabağımızda, Göyçəmizdə, Zəngəzurumuzda təbrik edə bilmək şansının yaranmasıdır..Biz inanırıq ki, məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-Aliləri Möhtərəm cənab İlham Əliyevin dəmir iradəsi ilə bizlər o məğrur qələbəni qazanacaq  və  Azərbaycan xanımının ən böyük hədiyyəsi və haqqı olan Xarı-bülbül çiçəklərini doğma Şuşamızda Sizlərə təqdim edəcəyik. Bir daha bayramınız mübarək, əziz xanımlar. Yaxşı ki, varsınız.

Hörmətlə Vüqar Qədirov
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi

 

90.3 KB