Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsi ”DOST XONÇASI” aksiyasına qoşuldu

17.03.2020

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsi  ilə təşkil olunmuş “DOST xonçası” aksiyasına  Mədəniyyət Nazirliyi də qoşulmuşdur.

Buna müvafiq olaraq digər Regional Mədəniyyət İdarələri kimi Ağstafa Regional Mədəniyyət İdarəsi də bu kampaniyaya dəstək olmuşdur.

Regional İdarənin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları bayram ərəfəsində şəhid və qazi ailələrini, ziyalıları, tənha yaşayan ahılları, aztəminatlı ailələri, fiziki qüsurlu və qayğıya ehtiyacı olan insanları ziyarət etmiş, onları bayram sovqatı ilə təbrik etmişdir.

Milli adət-ənənələrimizi əks etdirən Novruz bayramı ərəfəsində keçirilən bu aksiyanın məqsədi yaşlı nəslin nümayəndəsi olan həmvətənlilərimizi və ahıllarımızı sevindirmək, cəmiyyətin onlara qarşı diqqət və qayğısını gücləndirmək, onlara xoş bayram ovqatı bəxş etməkdir.

 

110.4 KB

 

93.9 KB

 

65.2 KB