Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsi ”Dost Xonçası” aksiyasını davam etdirir

19.03.2020

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları bayram ərəfəsində şəhid və qazi ailələrini, ziyalıları, tənha yaşayan ahılları, aztəminatlı ailələri, fiziki qüsurlu və qayğıya ehtiyacı olan insanları ziyarət etməklə "Dost Xonçası" aksiyasını davam etdirir, onları bayram sovqatı ilə təbrik edir. 


Qeyd olun bayram aksiyasına bu gün Qazax rayon Mədəniyyət Mərkəzinin, Qazax rayon MKS-nin, Qazax rayon 1 saylı Uşaq Musiqi Məktəbinin və Ağstafa rayon Hüseyn Arif Ev Muzeyinin əməkdaşları da qoşuldular.

Milli adət-ənənələrimizi əks etdirən Novruz bayramı ərəfəsində keçirilən bu aksiyanın məqsədi yaşlı nəslin nümayəndəsi olan həmvətənlilərimizi və ahıllarımızı sevindirmək, cəmiyyətin onlara qarşı diqqət və qayğısını gücləndirmək, onlara xoş bayram ovqatı bəxş etməkdir.

 

81.1 KB

 

56.2 KB

 

45.2 KB