Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNİN RƏİSİ VÜQAR QƏDİROVUN NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ MƏDƏNİYYƏT İŞÇİLƏRİNƏ BAYRAM TƏBRİKİ

20.03.2020

Hörmətli   Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən mədəniyyət müəssisələrinin əməkdaşları, əziz həmkarlar !

Sizi əsrlərin sınağından uğurla çıxan, qəlblərdə ən ülvi, ən saf duyğular oyadan Bahar bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, səadət və Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar  arzulayıram.

Minilliklər boyu formalaşmış adət-ənələrimizi qoruyaraq milli varlığımızın rəmzinə çevrilən Novruzu belə böyük sevinclə qarşılamağımız səbəbsiz deyil. Nəciblik, xeyirxahlıq kimi yüksək mənəvi dəyərləri ilə insanları bir-birinə doğmalaşdıran Novruz həm də onların aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inamını möhkəmləndirir. 

Arzum budur ki, ömrünüz də bu gözəl bahar kimi ətirli , rəngarəng və parlaq olsun. Novruz bayramı hər birimizə düşərli olsun.

Əziz həmkarlar !

Son zamanlarda dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı hər bir vətəndaşımızın, hər bir əməkdaşımızın səbrli, təmkinli olmasını, dövlətimizin təyin etdiyi bütün qaydalara əməl etməsini sizlərdən xahiş edirəm. Bu təkcə bizim dövlətimiz üçün yox, bütün dünya üçün sınaqdır. Bu sınaqdan alnıaçıq, üzüağ çıxmaq üçün hər birimiz dövlətimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bütün tövsiyyə və tapşırıqlarına ciddi yanaşmalıyıq və bu bəladan qurtulmaqda hər birimiz öz sağlamlığımızı, gigiyenamızı qorumaqla, təlimatlara əməl etməklə öz dəstəyimizi verməliyik. Arzu edirəm, bahar fəsli xalqımızı təhdid edən bu epidemiyanın da sonlanmasına səbəb olsun.

Ağstafa Regional Mədəniyyət İdarəsinin bütün kollektivini, onların simasında bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbrik edir, Ulu Tanrıdan hər birinizə bahar təravətli günlər, bol ruzi-bərəkət diləyirəm.  Arzu edirəm ki, növbəti Novruz bayramını işğaldan azad edəcəyimiz  rayonlarımızda, Qarabağımızda, qədim Azərbaycan torpaqları olan İrəvanda, Göyçədə, Zəngəzurda qeyd edək.

 

                            Hörmətlə    Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi V.Qədirov

 

120.1 KB