Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Dövlət Rəsm Qalereyasında “Xocalı faciəsini unutmayaq!”adlı rəsm sərgisi təşkili edildi.

22.02.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağstafa Dövlət Rəsm Qalereyasında “Xocalı faciəsini unutmayaq!”adlı rəsm sərgisi təşkil edildi. Tədbirdə Mədəniyyət işçiləri, həvəskar rəssamlar və 2 nömrəli orta məktəbin şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə İdarənin rəisi cənab Ramiz Quliyev açaraq 26 fevral 1992-ci ildə Xocalıda baş vermiş qətliamdan danışdı və bildirdi ki, uşaqlar Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandıra biliblər. Rəsmlərdə düşmənlərə nifrət və Xocalıya ədalət çox canlı şəkildə əks olunub. Daha sonra uşaqların çəkdikləri rəsm əsərlərinə baxış keçirildi.

 

453.7 KB

 

420.2 KB

 

416.2 KB