Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

TOVUZDA VƏ QAZAXDA EYVAN KONSERTLƏRİ KEÇİRİLİB

23.04.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi  sosial izolyasioya qaydalarının tətbiq olunduğu karantin günlərində əhalinin səmərəli istirahətini  təmin etmək məqsədilə silsilə tədbirlərini davam etdirir. Ötən gün idarənin əhatə etdiyi Tovuz və Qazax rayonlarında çoxmərtəbəli yaşayış binalarında “Musiqili Eyvan” adlı bir-birindən maraqlı eyvan konsertləri  baş tutub. Tovuzda Mədəniyyət Mərkəzi və Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin, Qazaxda həmçinin, Mədəniyyət Mərkəzi və 1 saylı  Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramları bina sakinləri  tərəfindən maraqla qarşılanıb. Səslədirilən ifalar öz eyvanlarından konserti dinləyənlərin zövqünü oxşayıb, onlara maraqlı anlar bəxş edib.

 

126.5 KB

 

103.9 KB

 

72.6 KB