Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsi koronavirus pandemiyası ilə əlaqədar karantin müddətində gördüyü işlər və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans keçirdi

24.04.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi koronavirus pandemiyası ilə əlaqədar karantin müddətində gördüyü işlər və qarşıda duran vəzifələrə həsr olunmuş  videokonfrans keçirdi.  Konfransda ilk öncə mədəniyyət işçiləri Azərbaycan Respublikasının Prezidenti  Zati-Aliləri cənab İlham Əliyevə koronavirus pandemiyası dövründə göstərdiyi həssas, prinsipial mövqeyə və diqqətə görə öz dərin minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, digər ölkələrə nisbətən bu çətin sınaqdan az sayda itki ilə çıxmağımızda ölkə başçısının vaxtında qəbul etdiyi qərarlar xüsusi əhəmiyyət kəsb edir.

Pandemiya dövründə Ağstafa Regional Mədəniyyət İdarəsinin gördüyü işlərdən danışan idarə rəisi Vüqar Qədirov  sosial izolyasiya qaydalarının tətbiq olunduğu karantin müddətində musiqi məktəblərində distant dərslərin davamlı keçirildiyindən, insanların asudə vaxtının səmərəli təşkil olunması baxımından virtual konsertlərin təşkil olunduğundan danışaraq məktəblərarası, kitabxanalararası virtual müsabiqələrin elan olunduğunu  qeyd etdi. Natiq həmçinin,  karantin günlərində mütəmadi olaraq  müəssisələrin dezinfeksiya olunduğunu diqqətə çatdırdı.

İdarə rəisi eyni zamanda yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə davamlı qayğı göstərildiyini, aztəminatlı ailələrin mədəniyyət işçiləri tərəfindən sovqatlarla ziyarət edildiyini, bu prosesin artıq ənənə halı aldığını qeyd etdi. Əhalinin səmərəli istirahətini  təmin etmək, bu çətin sınaq günlərində insanlara ruh yüksəkliyi  və motivasiya aşılamaq məqsədilə silsilə tədbirlərin davam etdirildiyini bildirən Vüqar Qədirov,  idarənin əhatə etdiyi Tovuz və Qazax rayonlarında çoxmərtəbəli yaşayış binalarında "Musiqili Eyvan” adlı bir-birindən maraqlı eyvan konsertləri nin baş tutduğunu diqqətə çatdırdı.

Həmçinin videokonfransda çıxış edən idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, mətbuat katibi Xəyal Nağıyev və başqaları göstərilən səmərəli fəaliyyətdən danışaraq xüsusən sosial şəbəkələrdə, eyni zamanda informasiya texnologiyalarından səmərəli istifadə olunması üçün sürətli internet xəttinin çəkilməsinin zəruri olduğunu bildirdilər və bununla əlaqədar olaraq telekommunikasiya qovşaqlarına məktubların göndərildiyini qeyd etdilər.

 

 

119.7 KB

 

94.7 KB

 

138.9 KB