Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov könüllülərə təşəkkür etdi

24.04.2020

ƏZİZ DOSTLAR!
HÖRMƏTLİ HƏMKARLAR!

Bildiyimiz kimi bütün dünya Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ən yüksək təhlükəsizlik tədbirləri almaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Möhtərəm Cənab İlham Əliyevin yüksək diqqət və qayğısı, qəbul etdiyi operativ və səmərəli qərarlar nəticəsində ölkəmiz bu öldürücü pandemiyadan ən az zərərlə çıxmaq üçün bütün qüvvələrini səfərbər etmişdir. Xalqımızın müxtəlif təbəqələri müəyyən edilmiş karantin günlərində ehtiyacı olan kimsəsiz insanlara və imkansız ailələrə maddi yardım etməkdə davam edirlər.

Ağstafa Regional Mədəniyyət İdarəsinin müəssisələri və əməkdaşları da bu xeyirxah missiyanın həyata keçirilməsində könüllü olaraq fəaliyyətlərini davam etdirirlər. Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları: Azər Əlixanovun və Aygün Əyyubovanın bu soyuq və yağmurlu havada öz təşəbbüsləri ilə xeyirxah insanlarla əməkdaşlıq çərçivəsində Ağstafa rayonunun 100 nəfərdən artıq ehtiyacı olan insanına humanitar yardım çatdırması isə əsl vətəndaşlıq mövqeyidir. Onların bu davranışlarını böyüməkdə olan gənc nəslə örnək kimi qəbul edir və öz dərin təşəkkürümü bildirirəm.

 

90.3 KB