Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin pedoqoji kollektivləri videotəlimatda bir araya gəldilər

25.04.2020

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən altı uşaq musiqi məktəbinin pedoqoji kollektivləri  idarə əməkdaşları tərəfindən təşkil olunmuş videotəlimatda  bir araya gəldilər. Məktəb direktorlarının və 86 nəfər müəllimin iştirakı ilə keçirilən  videotəlimatda idarənin əməkdaşları Bəhruz Bayramov, Nəhayət Məstanova, Xəyal Nağıyev, Fidan Rüstəmova müəllimlərin suallarını cavablandıraraq onları maraqlandıran məsələlərə aydınlıq gətirdilər.

Videotəlimatda əsasən distant dərslərin keyfiyyəti  və  davamlılığı, onlayn dərs zamanı dərsin keçirildiyi mühitə, geyimə, davranışa, müraciət formasına və bədii nitq qaydalarına diqqət etmək, həmçinin, rəhbərliklə onlayn əlaqələr, şagirdlərlə və valideynlərlə işbirliyi və s. mövzular geniş müzakirə olundu.

 

121.7 KB

 

129.9 KB

 

115.3 KB