Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26 - cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilmişdir.

23.02.2018

          Ağstafa Regional mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 23 fevral 2018-ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26 - cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilmişdir. Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin IV, VIII,V sinif şagirdləri və müəllimləri iştirak etmişdirlər.

           Anım tədbiri Xocalı faciəsi qurbanlarına həsr olunmuş “Xocalı qətliamı” adlı filmin nümayişi ilə başlamışdır. Sonra muzeyin direktoru Ceyhunə Hüseynova “Xocalı harayı”  başlıqlı məruzə ilə çıxış edərək bildirmişdir ki, “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı moto atıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı erməni silahlı qüvvələri tərəfindən zəbt edildikdən sonra isə əhali deportasiya olunmuşdur.Xocalı soyqırımı nəticəsində 613 Xocalı sakini qətlə yetirilmişdir. Bunların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər ki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər girovun taleyi isə bu günə qədər məlum deyil.”

             Daha sonra Qazax rayon Heydər Əliyev Mərkəzinin kitabxana müdiri Sevil İbrahimova çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən bəhs etmişdir. Məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şerlər söyləmişdirlər. Tədbirdə həmçinin həmin məktəbin IV sinif şagirdlərinin hazırladıqları kompozisiyalar da nümayiş etdirilmişdir.

 

166.6 KB

 

221 KB

 

187 KB