Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin ”Heydər Əliyev və Azərbaycan” mövzusunda elan etdiyi onlayn şeir müsabiqəsi yekunlaşdı

08.05.2020

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin 15 aprel 2020-ci il tarixdən -07 may 2020-ci il tarixədək Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan" mövzusunda elan etdiyi onlayn şeir müsabiqəsi sona çatmışdır. Müsabiqəyə qatılan 7-17 yaş qrupu iştirakçılar arasından öz çıxışları ilə fərqlənənlər münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib seçiliblər.

1-ci yerin qalibi: 20-ci iştirakçı - Dağkəsəmən kənd orta məktəbin 9-cu sinif şagirdi Paşayeva Nərmin.

2-ci yerin qalibi: 19-cu iştirakçı - Ağstafa şəhər 2 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Əfəndi Əsmər.

3-cü yerin qalibi: 13-cü iştirakçı Ağstafa şəhər 2 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Cəlilova Rahilə.

Müsabiqənin qaliblərini təbrik edir, uğurlar arzulayırıq!

 

55.9 KB

 

30.8 KB

 

56.9 KB