Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

2 № -li kitabxana filialı 26 fevral Xocalı Soyqırımına həsr olunmuş “Xocalı harayi” adlı ədəbi kompozisiya keçirib.

23.02.2018

22 fevral 2018-ci il tarixdə şəhər 2 № -li kitabxana filialı  şəhər Qaratel Hacımahmudova adına natamam orta məktəbdə 26 fevral Xocalı Soyqırımına həsr olunmuş “Xocalı harayi” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə Təhsil şöbəsinin mütəxəssisi İnci Aşırova,  məktəbin müəllim və şagird kollektivindən ibarət olmaqla 82 nəfər iştirak edib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri məktəbin direktoru Yeganə Göyüşova açaraq iştirakçılara bildirib ki, Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisəsidir. , 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı faciəsi azərbaycanlılara qarşı erməni vəhşiləri tərəfindən törədilmiş soyqırımı kimi qiymətləndirilmişdir. Xalqımız bədnam qonşularımızın başımıza gətirdiyi qanlı soyqırım hadisəsini heç vaxt yaddan çıxarmamalı, gənc nəsl müntəzəm olaraq bu müdhiş olayları xatırlamalıdırlar. Psixoloq Samirə Nəbiyeva, dil-ədəbiyyat müəllimi Flora Əmirova, kitabxana filialın müdiri Sevda Hüseynova və İnci Aşırova çıxışlarında qeyd ediblər ki, əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim kin, nifrət və intiqam hissi bəsləyən erməni anaları öz dığalarını da həmin ruhda tərbiyə edirlər. Bunun “nəticəsi” olan Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir.  Məktəblilər Xocalıya həsr olunmuş bayatılar, şeirlər söyləyib və səhnəciklər göstərilib.

 

207.6 KB

 

212.5 KB

 

181.6 KB