Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS Qələbənin 75 illiyi ilə əlaqədar müharibə veteranı ilə görüş keçirib

09.05.2020

9 may 2020- ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi MİHİ Qazax rayon komitəsi ilə birgə Qələbənin 75 illiyi ilə əlaqədar müharibə veteranı ilə görüş keçirib Mərkəzi kitabxananın əməkdaşları 95 yaşlı İkinci Dünya müharibəsinin veteranı, “İgidliyə görə”, “Böyük Vətən müharibəsinin birinci dərəcəli” ordeni ilə təltif olunmuş Xanqulu Dursun oğlu Süleymanovun görüşünə gediblər. Veteranı bayram münasibəti ilə təbrik edərək ona gül dəstəsi və bayram hədiyyələri təqdim olunub. Müharibədə şərəfli döyüş yolu keçmiş Xanqulu Süleymanov heç vaxt yaddaşlardan silinməyəcək qanlı-qadalı illərin xatirələrindən danışıb. Qeyd edib ki, 1943- ci ildə ordu sıralarına çağrılmış, 77- ci Azərbaycan Milli diviziyasının tərkibində Kerç, Simferepol, Sevastopol, Lvov şəhərləri uğruda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. Onun bu xidmətləri dövlət tərəfindən bir sıra orden və medallarla təltif olunub.

Sonda X. Süleymanov bu işin təşkilatçılarına öz minnətdarlığını bildirib.

 

70.5 KB

 

64.8 KB

 

62.7 KB