Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97 illik yubileyinə həsr olunmuş videokonfrans keçirdi

10.05.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97 illik yubileyinə həsr olunmuş videokonfrans keçirdi. 100 nəfərin iştirakı ilə reallaşan konfransı giriş sözü ilə açıq elan edən idarə rəisi Vüqar Qədirov geniş nitqlə çıxış edərək qeyd etdi ki, 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cü ilin iyunundan 2003-cü ilin oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmiş Ulu Öndər istər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolu Heydər Əliyev quruculuq xəttidir. Buna görədir ki, xalqımız 1993-cü ildə ümummilli liderimizi təkidlə respublika rəhbərliyinə dəvət etmişdir. Əgər xalqın tələbi ilə ulu öndərimizin ali hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, daim tərəqqi edən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli liderimiz Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövləti yaratmayıb. O həmçinin bu dövlətin gələcək inkişaf konsepsiyasını da müəyyənləşdirmişdir. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması, qeyri-neft sektorunun inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Ümummilli Liderimizin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Sevindirici haldır ki, əsası 1969-cu ildə qoyulmuş milli inkişaf konsepsiyası bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir. Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca, Heydər Əliyev də yaşayacaqdır.

Natiq həmçinin, çıxışında Azərbaycan Respublikasının Prezidenti  Zati-Aliləri cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın koronavirus pandemiyası dövründə göstərdiyi həssas, prinsipial mövqedən danışaraq xalqın hər zaman öz prezidentinin yanında olduğunu vurğulayıb.

Məruzə ətrafında müzakirələrdə Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov,Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, həmin mərkəzin əməkdaşı Aygün Əyyubova, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, H.Arif adına Ağstafa rayon Uşaq Musiqi Məktəbinin müəllimi Gültəkin Hüseynova, Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Elçin Abdullayev çıxış edərək rəy və mülahizələrini bildirdilər.

 

50 KB

 

47.8 KB

 

60.7 KB