Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax, Tovuz və Ağstafadakı muzey tipli müəssisələrin əməkdaşlarına ”Fond işinin təşkili və idarə edilməsi” mövzusunda növbəti təlim - treninq keçirildi

13.05.2020

Xüsusi karantin rejimində faliyyətini virtual olaraq davam etdirən Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə bu gün - mayın 12-də Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax, Tovuz və Ağstafadakı muzey tipli müəssisələrin əməkdaşlarına "Fond işinin təşkili və idarə edilməsi" mövzusunda növbəti təlim - treninq keçirildi. Təlim - treninqin moderatoru Azərbaycan İstiqlal Muzeyinin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Aida Axundova treninq zamanı fond işinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Daha sonra sual-cavab şəklində davam edən treninq zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların iş prinsipi ilə tanışlıq olub və müzakirələr aparılıb.

 

36.2 KB

 

29.8 KB

 

38.5 KB