Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yuxarı Salahlı 1 və 2 saylı kitabxana filialları Xocalı Soyqırımının 26 cı ildönümünə həsr olunmuş “Xocalı faciəsinin ağır dərdlərini unutmuruq” adlı anım gecəsi keçirib.

23.02.2018

22 fevral 2018 –ci il tarixdə saat 15-00–da Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları, folklor evinin işçiləri ilə birlikdə kənd Folklor evində 35 nəfərin iştirakı ilə Xocalı Soyqırımının 26- cı ildönümünə həsr olunmuş “Xocalı faciəsinin ağır dərdlərini unutmuruq” adlı anım gecəsi keçrib. Tədbirdə kənd icra nümayəndəsinin müavini Çingiz Zeynalov, mühasibi Anar Bayramov, Z.Mahmudov adına kənd orta məktəbin şagirdləri, fəal oxuculardan bir qrup iştirak edib. Xocalı Soyqırım qurbanlarının faciəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 1 saylı kitabxana filialının müdiri Tamam Cəfərova “Xocalı faciəsinin ağır dərdlərini unutmuruq” adlı məruzəsində qeyd edib ki, Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibələrdə çox şəhid və qurbanlar verib. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı. Ulu öndərimiz Heydər Əliyev Xocalı Soyqırımı haqqında belə söyləmişdir: - Bu bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə, sədaqətinə nümunəsidir, ikinci tərəfdən də Ermənistanın vəhşi qüvvələri tərəfindən xocalılara qarşı edilən soyqırımdır. Xocalı müsibətinin, günahsız qurbanlarının acı taleyi heç vaxt unudulmayacaq, onların xatirəsi qəlblərdə əbədi yaşayacaqdır. Məruzə ətrafında Çingiz Zeynalov, 2 saylı kitabxana filialının müdiri Məktubə Qocayeva, Folklor evinin müdiri Asya Orucova, mədəni təşkilatçı Nuranə Hacıeyubova tədbir iştirakçılarına məlumat verərək bildiriblər ki, tarix heç nəyi unutmur, Xocalı qırğını qan yaddaşımız, ürək -ağrımızdır. Bu  dəhşəti heç bir azərbaycanlı unutmayacaq, unuda bilməz. Fəal oxuculardan Vəliyeva Ayşən, Məmmədrzayeva Günel,  Məmmədrzayev Aslan, Süleymanova Günel, Məmmədrzayeva Ayşən Bəxtiyar Vəhabzadənin “Şəhidlər” Ülkər Cəfərova, Vüsal Hüseynov həvəskar şair İsa Mansırov “Ağlayır” , Eyubova Nurcan, Dərziyeva Nəzrin, Süleymanov Mehriban Zəlimxan Yaqubun “Layla Xocalım Layla” şeirlərindən parçalar söylədilər. Rüstəmova Xəyalə, Rüstəmova Rəksanə, Adıgözəlova Həqiqət, Namazova Validə Xocalı faciəsinə həsr etdikləri səhnəciyi tədbir iştirakçılarına təqdim etdilər. Sonda “Xocalı Soyqırım günü” adlı sərgiyə baxış keçirilib.

 

192 KB

 

70.2 KB

 

72.6 KB