Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

18 May Beynəlxalq Muzeylər Gününə həsr olunmuş videokonfrans keçirildi

20.05.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzi, Qazax rayon Heydər Əliyev Mərkəzi, Ağstafa rayon Heydər Əliyev Mərkəzi,Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyi, Tovuz rayon Aşıq Sənəti Dövlət Muzeyi, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Ağstafa Tarix-Diyaşünaslıq Muzeyi, H.Arifin ev Muzeyinin birgə təşkilatçılığı ilə 18 may Beynəlxalq Muzeylər Günü ilə bağlı zoom proqramı vasitəsi ilə genış tərkibdə tədbir keçirilmişdir.
Tədbirdə Qazax Tarix-Diyaşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Yeganə Əhmədova və başqa həmkarlar geniş mövzuda çixiş edərək muzeylərimizin nə qədər böyük maddi-mənəvi xəzinə olduğundan söz açdılar.
Bildirildi ki, bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına dəstək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində qeyd edilir.

 

28.3 KB

 

41.4 KB

 

41.8 KB